Bakı Avrasiya Universitetinin kollektivi 20 Yanvar qurbanlarının xatirəsini yad etdi
20 Yanvar 2017 13:24
Bakı Avrasiya Universitetinin professor–müəllim kollektivi və tələbələri Şəhidlər Xiyabanını ziyarət edərək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının – 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edib, məzarlarına tər güllər düzüblər. Bu barədə BAAU mətbuat xidmətinin məlumatında bildirilir:
“XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrdən olan 20 Yanvar faciəsi xalqımızın qan yaddaşında əbədi iz buraxıb. Bu hadisələr həm də Azərbaycan tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılıb, xalqımızın gələcək taleyinə, milli azadlıq hərəkatının daha da güclənməsinə, müstəqilliyimizin bərpasına mühüm təsir göstərib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakıya yeridilərək xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər törədib. Bu qanlı akt Azərbaycan xalqının milli azadlıq hərəkatını boğmaq üçün ölkəmizə qarşı törədilən hərbi təcavüzün göstəricisi idi. Həmin gecə 140-dan çox dinc sakin öldürülüb, yüzlərlə insan yaralanıb və itkin düşüb. Bu misilsiz qəddarlığa ilk dəfə siyasi və hüquqi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib.
20 Yanvar faciəsinin dünya ictimaiyyəti və beynəlxalq qurumlar tərəfindən tanınması, günahkarların cəzalandırılması istiqamətində bu gün də mühüm işlər görülür. Xalqımızın milli birliyinə mühüm təkan verən və Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 20 Yanvar şəhidlərinin xatirəsi daim qəlblərimiz də yaşayacaq”

(61) dəfə oxunub

Şərhlər

şərh

Oxşar xəbərlər: